Puqaçova ölkəyə qayıdacaq? – İkibaşlı cavab

23:22 - 21 May 2022 - GÜNDƏM

 Puqaçova ölkəyə qayıdacaq? – İkibaşlı cavab

Məşhur müğənni Alla Puqoçova teleaparıcı və yumorist Maksim Qalkinlə ayrılacağı xəbərini təkzib edib.

Kult.az xəbər verir ki, hazırda Təl-Əvivdə olan müğənni ölkəyə qayıtmaqla bağlı suala da cavab verib.

O bildirib ki, payıza qədər geri qayıtmağı düşünür: “Tətil nə vaxtsa bitəcək, “1 sentyabrda uşaqlar məktəbə getməlidir”.

Qeyd edək ki, A.Puqaçova martın əvvəlində ölkədən gedib. Onun “yay tətilinə” həddən artıq tez çıxması və “uşaqların dərsini nəzərə almaması” maraqlıdır.

Xatırladaq ki, A.Puqaçova və M.Qalkinin Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə etiraz olaraq ölkədən getdiyi deyilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol