Taxılın qiyməti kəskin bahalaşdı: ehtiyatımız varmı?

22:32 - 21 May 2022 - GÜNDƏM

 Taxılın qiyməti kəskin bahalaşdı: ehtiyatımız varmı?

Dünyada ərzaq buğdası, taxılla bağlı ciddi problemlər yaşanır, qiymət artımı ilə yanaşı, fiziki çatışmazlıq da var. Azərbaycanda 1 ildə istehlak olunan taxılın 80%-ə yaxını xaricdən alınır, hər il bizə 1,2 mln. tona yaxın ərzaqlıq buğda idxal etmək lazımdır ki, daxili tələbatı ödəyək.

Buta.ws xəbər verir ki, bu barədə qeyd edən iqtisadçı ekspert Natiq Cəfərli 2021-ci ilin ilk 4 ayında ölkəyə idxal olunan taxılın həcminin 365 min 348 ton, ortalama qiymətinin 254,5 dollar olduğunu vurğulayıb.

“2022-ci ilin eyni dövründə, yəni ilk 4 ayında isə ölkəyə 308 min 42 ton taxıl gətirilib, ortalama qiymət 341,7 dollar təşkil edib. Yəni son bir ildə buğdanın 1 tonu 87,2 dollar (148 manat) və ya 34% bahalaşıb.

Rəsmi rəqəmlərdən də görünür ki, keçən ilin ilk 4 ayına nisbətən bu il eyni dövrdə ölkəyə gətirilən taxıl həcmi 57 min 306 ton azalıb”, - ekspert qeyd edib.

O, hazırda Dövlət Ehtiyatları Agentliyinin taxıl ehtiyatlarının nə qədər olduğu haqda məlumat olmadığını bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol