Azərbaycanın neftdən gəlirləri əhəmiyyətli dərəcədə artıb

20:02 - 21 May 2022 - GÜNDƏM

 Azərbaycanın neftdən gəlirləri əhəmiyyətli dərəcədə artıb

2022-ci ilin yanvar-aprel aylarında Azərbaycan 9,48 milyon ton xam neft və neft məhsulları ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11,6 faiz azdır.

Buta.ws bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən məlumat yayıb.

Qeyd olunub ki, Azərbaycan hesabat dövründə 4,353 milyard dollar məbləğində xam neft və neft məhsulları ixrac edib. Bu, ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 1,5 dəfə çoxdur.

2022-ci ilin yanvar-aprel aylarında neft və neft məhsullarının ixracının Azərbaycanın ümumi ixracında payı 55,35 faiz təşkil edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol