Hindistanda daşqın fəlakəti: 14 nəfər öldü, 7-si itkin düşdü

19:40 - 21 May 2022 - GÜNDƏM

 Hindistanda daşqın fəlakəti: 14 nəfər öldü, 7-si itkin düşdü

Hindistan şimal-şərqində yerləşən Assam ştatında bir həftəyə yaxın yağan aramsız leysanın səbəb olduğu daşqınlarda ölənlərin sayı 14 nəfərə çatıb, 7 nəfər itkin düşüb.

Buta.ws xəbər verir ki, bu barədə ştatın təbii fəlakətlərlə mübarizə idarəsi məlumat yayıb.

Məlumata görə, təbii fəlakətdən Assam ştatının 29 dairəsində 700 min sakin ziyan çəkib. Həmçinin 2,2 min kənd su altında qalıb. Xilasetmə əməliyyatına Hindistan Hərbi Hava Qüvvələrinin helikopterləri cəlb olunub. Bir çox yaşayış məntəqələrinə yerüstü yolla getmək mümkün deyil. İnsanlar çadır düşərgələrə təxliyə edilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol