Rusiya Bayden və Blinkeni qara siyahıya saldı

19:16 - 21 May 2022 - GÜNDƏM

 Rusiya Bayden və Blinkeni qara siyahıya saldı

Rusiya ABŞ-a qarşı yeni əks-sanksiyalar tətbiq edib.

Buta.ws xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ın 963 vətəndaşının ölkəyə girişini qadağan edib.

Siyahıdakı şəxslər arasında ABŞ Prezidenti Co Bayden, Dövlət katibi Entoni Blinken, vitse-prezident Kamala Harris, ABŞ Prezidentinin oğlu Hanter Bayden, Federal Təhqiqat Bürosunun direktoru Kristofer Rey və digərləri var.

Rusiya XİN bildirib ki, ABŞ-ın “düşmənçilik hərəkətləri” bundan sonra da lazımi şəkildə cavablandırılacaq.

Eyni zamanda, Rusiya Kanadaya qarşı da əks-sanksiyalar tətbiq etməyi planlaşdırır. XİN-in bununla bağlı bəyanatında deyilir ki, Rusiya cavab tədbiri olaraq, yaxın vaxtlarda 26 Kanada vətəndaşına, o cümlədən Kanada Baş nazirinin xanımına, hərbi hava, hərbi dəniz qüvvələrinin və quru qoşunlarının komandanlığına qarşı sanksiya tətbiq edəcək. Onlara Rusiyaya giriş qadağan olunacaq.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol