Azərbaycan çempionatında bürüncün sahibi bəlli oldu

19:06 - 21 May 2022 - GÜNDƏM

 Azərbaycan çempionatında bürüncün sahibi bəlli oldu

Futbol üzrə Azərbaycan Premyer Liqasında cari mövsümün sonuncu - XXVIII turuna start verilib.

Buta.ws xəbər verir ki, bürünc medalların taleyini yaxından maraqlandıran oyunlarda "Zirə" "Şamaxı"nı, "Qəbələ" isə "Sabah"ı qəbul edib.

Paytaxtdakı matçda qapılara qol vurulmayıb. 87-ci dəqiqədə meydan sahiblərinin yarımmüdafiəçisi Hamidu Keyta birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

Əyalətdəki qarşılaşma isə 1:1 hesablı heç-heçə ilə başa çatıb. "Qırmızı-qaralar"dan 68-ci dəqiqədə Murad Musayev, qonaqlardan isə 86-cı dəqiqədə Aleksey Kaşuk fərqlənib.

Beləliklə, bu nəticələrdən sonra "Zirə" xallarını 47-yə çatdıraraq, 3-cü pillədəki mövqeyini qoruyub və bürünc medallara sahib çıxıb. "Şamaxı" hələlik 22 xalla 6-cı sıradadır.

45 xalı olan "Qəbələ" mövsümü 4-cü, 41 xalı olan "Sabah" isə 5-ci yerdə bitirib.

Qeyd edək ki, tura bu gün keçiriləcək "Sumqayıt" - "Səbail" və "Qarabağ" - "Neftçi" matçları ilə yekun vurulacaq.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol