Portuqaliyanın Baş naziri İrpendə - Foto

17:18 - 21 May 2022 - GÜNDƏM

 Portuqaliyanın Baş naziri İrpendə - Foto

Bu gün Portuqaliyanın Baş naziri Antoniu Koşta Kiyev vilayətinin İrpen şəhərində olub.

Buta.ws xəbər verir ki, baş nazir bu barədə Tvitter hesabında yazıb.

O bildirib ki, səfər zamanı gördüklərini heç vaxt unutmayacaq:

“Dağıntıların və zorakılığın səviyyəsi inanılmazdır. Amansız, özbaşına və haqq qazandırılması mümkün olmayan hücumların şahidi oldum. Müharibə hər zaman günahsız insanlara toxunur. Burada həyat sürmüş, işi, evi olan insanlar sağ qalmaq üçün hər şeylərini atıb gediblər. Məni ən çox dəhşətə gətirən dinc sakinlərə qarşı zorakılıqdır”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol