Türkiyə təhlükəsizlik qüvvələri son 1 həftə ərzində 50 şəhərdə antiterror əməliyyatları keçirib.
Buta.ws xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Əməliyyatlar əsasən PKK/KCK-PYD/YPG, İŞİD və FETÖ terror təşkilatlarının üzvlərinə, onlarla əməkdaşlıq edənlərə və maliyyə mənbələrinə qarşı aparılıb.
Ümumilikdə, 50 şəhərdə aparılan əməliyyatlar zamanı 114 nəfər şübhəli şəxs qismində saxlanılıb.