Bakıda gecə klubunda bıçaqlanma hadisəsi baş verib.
BUTA.TV APA-ya istinadən xəbər verir ki, hadisə Nizami rayon ərazisində yerləşən "Palermo" gecə klubunda baş verib. Əvvəllər məhkum edilmiş, 2000-ci il təvəllüdlü Cavanşir Əliyev klubda 1995-ci il təvəllüdlü Zümrüd Əsgərovanı bıçaqlayıb. Faktla bağlı cinayət işi başlanılıb. Cavanşir Əliyev artıq tutulub.