Azərbaycanın Qarabağ bölgəsində ləğv edilmiş xuntanın qondarma “təhlükəsizlik xidmətinin rəhbəri”Ararat Melkumyan saxlanılıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Caliber” məlumat yayıb. Məlumata görə, qondarma qurumun "milli təhlükəsizlik naziri" Ararat Melkumyan Ermənistana keçmək istərkən saxlanılıb. O, separatçıların Cəbrayıl rayonundakı qoşunlarının komandiri olub. O, general-mayor hərbi rütbəsinə malikdir.