Tacikistanda 5,3 bal gücündə zəlzələ olub.
BUTA.TV xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri 2,8 min insanın yaşadığı Karakenj şəhərindən 44 km cənub-şərqdə yerləşib.
Tələfat və dağıntılar barədə ətraflı məlumat verilmir.