Bakı ilə bunun üçün çalışırıq, ümid edirik ki, İrəvan da...

Bakı ilə bunun üçün çalışırıq, ümid edirik ki, İrəvan da...

Tarix: Siyasət

Rusiya Azərbaycan tərəfi ilə birlikdə Qarabağda vəziyyətin sabitləşməsinə çalışır.

BUTA.TV xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

"Bu vəziyyətdə bizim sülhməramlılarımız əllərindən gələni edirlər. Biz Qarabağı tərk etmək istəyən insanların qarşısını ala bilmərik", - Lavrov vurğulayıb.

Onun sözlərinə görə, Rusiya tərəfi azərbaycanlı həmkarları və qonşuları ilə Qarabağda vəziyyəti sabitləşdirmək, orada etimadı gücləndirmək, normal həyatın bərpası, ermənilərlə azərbaycanlıların birgə yaşayışı üçün şərait yaratmaq üçün çalışır.

“Ümid edirəm ki, İrəvan da bunda maraqlı olmalıdır və onlar bunun üçün səy göstərəcəklər”, - Lavrov qeyd edib.