Ərzurumda Qənirə Paşayevanın anım mərasimi keçiriləcək

Ərzurumda Qənirə Paşayevanın anım mərasimi keçiriləcək

Tarix: Siyasət

Türkiyə Dil və Ədəbiyyat Dərnəyinin (TDƏD) Ərzurum şöbəsi Şəhər və Mədəniyyət Araşdırmaları Dərnəyi ilə birlikdə mərhum Qənirə Paşayevanın anım mərasimini keçirəcək.

Bu barədə BUTA.TV-a TDƏD-in Ərzurum şöbəsinin rəhbəri Murad Ərtaş məlumat verib.

Oktyabrın 7-də TDƏD-in şöbə mərkəzində keçiriləcək anım mərasimində Qənirə Paşayevanın həyat və yaradıcılığı, fəaliyyəti və şeirlərindən bəhs olunacaq.

Ərtaş anım mərasiminə Qənirə Paşayevanı sevən və əsərlərini oxuyan hər kəsi dəvət etdiklərini bildirib.