Kürdəmirdə ağır qəza: yaralılar var

Kürdəmirdə ağır qəza: yaralılar var

Tarix: Siyasət

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.

BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hadisə zamanı "Mersedes" markalı avtomobillə VAZ 2107 markalı nəqliyyat vasitəsi toqquşub. Zərbənin təsirindən "Mersedes" yoldan çıxaraq aşıb. Nəticədə 2 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.

Yaralılar dərhal təcili tibbi yardımın köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb. Faktla bağlı araşdırma aparılır.