NATO-dan Ankaradakı teraktla bağlı açıqlama...

NATO-dan Ankaradakı teraktla bağlı açıqlama...

Tarix: Siyasət

Ankarada Daxili İşlər Nazirliyinə qarşı törədilən terror aktını şiddətlə qınayır, xidməti vəzifələrini yerinə yetirərkən yaralanan polis əməkdaşlarına tezliklə şəfa diləyirəm.

BUTA.TV xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq X sosial şəbəkəsində bildirib.

"NATO terrorla mübarizədə Türkiyə ilə həmrəydir”,- o bildirib.

Qeyd edək ki, bu gün Türkiyənin paytaxtı Ankarada DİN binası qarşısında terrorçulardan biri zərərsizləşdirilib, digəri isə özünü partladıb.

Zeynəb Əkbər