Bakıdan Türkiyədəki terrorla bağlı açıqlama

Bakıdan Türkiyədəki terrorla bağlı açıqlama

Tarix: Siyasət

Qardaş Türkiyənin Daxili İşlər Nazirliyi yaxınlığında baş verən terror hücumunu kəskin şəkildə pisləyirik.

BUTA.TV xəbər verir ki, bu fikirlər Azərbaycanın Xarici İşlər Nazirliyinin X sosial şəbəkəsindəki hesabında yer alıb.

"Terrorizmə məruz qalan ölkə kimi Türkiyə ilə həmrəy olduğumuzu bildirir, terrorizmin bütün forma və təzahürlərinə qarşı mübarizəni hər zaman dəstəkləyirik", - məlumatda qeyd olunub.