Adam öldürməkdə şübhəli bilinən şəxs saxlanıldı - DİN

Adam öldürməkdə şübhəli bilinən şəxs saxlanıldı - DİN

Tarix: Siyasət

Sentyabrın 30-u saat 18 radələrində İsmayıllı şəhər sakini 1958-ci il təvəllüdlü Füzuli Səmid oğlu Ağamalıyevin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi, göstərilən tibbi yardımlara baxmayaraq ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən BUTA.TV-a bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə F.Ağamalıyevə kəsici alətlə xəsarət yetirib onu öldürməkdə şübhəli bilinən 1979-cu il təvəllüdlü Elçin Əfqan oğlu Mirzəzadə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.