Kremldən Qarabağ açıqlaması: Diqqətlə izləyirik...

Kremldən Qarabağ açıqlaması: Diqqətlə izləyirik...

Tarix: Siyasət

Kreml Qarabağda vəziyyətin inkişafını diqqətlə izləyir.

BUTA.TV xəbər verir ki, bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.

Peskov tanınmamış “dqr” “prezidenti” Şahramanyanın 2024-cü il yanvarın 1-dən qondarma “qurumun” fəaliyyətinə xitam verilməsi haqqında “fərmanına” da münasibət bildirib:

“Biz vəziyyəti diqqətlə izləyirik, ilk növbədə, təbii ki, humanitar aspektdən, bu, ən önəmlisidir. Sülhməramlılarımız insanlara kömək etməkdə davam edirlər. Çoxları Ermənistan ərazisinə köçmək arzusunu bildirir. İstəyənlərə dəstək verilir”.