Yevlax rayonunda kişi həyat yoldaşını ürəyindən bıçaqlayaraq qətlə yetirib, daha sonra özünə odlu silahdan atəş açaraq intihara cəhd edib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə rayonun Tanrıqullar kəndində qeydə alınıb.
Belə ki, Kəlbəcər rayon sakini olan, 1963-cü il təvəllüdlü Zinyət Əyyüb qızı Zamanova 2 bıçaq xəsarəti ilə qətlə yetirilib. Bıçaq zərbələrindən biri onun ürək nahiyəsinə dəyib.
İntihara cəhd edən kişi ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.
Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.