Rus ordusu ilə 20 hərbi toqquşma oldu - Baş Qərargah

23:54 - 26 Sentyabr 2023 - GÜNDƏM

 Rus ordusu ilə 20 hərbi toqquşma oldu - Baş Qərargah

Bu gün Rusiya qoşunları Donetsk vilayətinin Severnı və Marinka yaxınlığında növbəti hücum cəhdi edib, lakin Ukrayna ordusu onları uğurla dəf edib.

BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, hazırda Ukraynanın şərqində və cənubunda əməliyyat vəziyyəti ağır olaraq qalır. Gün ərzində Rusiya ilə 20 hərbi toqquşma olub.

Baş Qərargahın məlumatına görə, Ukrayna ordusu Melitopol və Baxmut istiqamətlərində hücum əməliyyatlarını davam etdirir. Orada Ukrayna Silahlı Qüvvələri Rusiyanın hərbi qüvvələrini və texnikalarını sıradan çıxarır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol