Bugünkü danışıqlar kifayət qədər konstruktiv keçdi.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşü barədə açıqlamasında deyib.
“İndi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına doğru irəliləmək üçün daha çox imkanlar var”, - deyə H.Hacıyev bildirib.
Qeyd edək ki, Hikmət Hacıyev Armen Qriqoryan arasında görüş AB-nin vasitəçiliyi ilə Brüsseldə baş tutub.