Xankəndi şəhərinin yaxınlığında yanacaqdoldurma məntəqəsində baş verən partlayışda ən azı 125 nəfər ölüb.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan səhiyyə naziri Anait Avanesyan deyib.
"Bu gün Qarabağda baş vermiş partlayışda ölən 125 nəfərin cəsədinin qalıqlarını gətirdik. Onlar Məhkəmə Tibb Mərkəzinin müvafiq bölməsinə təhvil verilib və orada şəxsiyyətləri müəyyənləşdiriləcək”, - deyə bildirilib.