Yevlaxda aparılan danışıqlar Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanmasına gətirib çıxara bilər, saziş layihəsi artıq Ermənistana verilib.
BUTA.TV xəbər verir ki, bunu bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “Skay Nyus Arabia” telekanalının efirində deyib.
“İclasda Qarabağ ermənilərinin reinteqrasiyası formatları müzakirə olunub. Düşünürük ki, bu dialoq Ermənistan və Azərbaycan arasında sülh prosesinə müsbət təsir göstərə bilər. İki ölkə onilliklər boyu davam edən böhran və düşmənçiliyə son qoyacaq sülh müqaviləsini müzakirə etməyə başlayıb”, - Əmirbəyov bildirib.
Onun sözlərinə görə, sülh müqaviləsi beynəlxalq hüquqa əsaslanan beş bənddən ibarət olacaq, xüsusən də hər iki ölkə bir-birinin işinə qarışmamaq öhdəliyi götürəcək:
“Biz sülh müqaviləsi layihəsini erməni tərəfinə vermişik, onların reaksiyasını gözləyirik. Qarabağ erməniləri ilə ayrıca razılaşma tələb olunmur”.
- Bu xəbərlərə də göz at
- Daha bir azyaşlı qızılcadan dünyasını dəyişdi
- BDU-nun professoru dünyasını dəyişdi
- ABŞ-ın yeni səfiri Azərbaycan dilində açıqlama verdi - Video
- HƏMAS bundan imtina etdi, fasiləni pozdu - Qallant
- İran dəniz minalarına qarşı yeni dronunu təqdim etdi
- ABŞ istehsalçıları Çinə sanksiyalardan narazıdır - Nazir