Yevlaxda reinteqrasiya və erməni icmasının təhlükəsizliyi ilə bağlı bu gün aparılan danışıqlara Qarabağın erməni icmasından kimlərin gəldiyi bəlli olub.
BUTA.TV xəbər verir ki, Qarabağın erməni icmasını danışıqlarda qondarma deputat David Melkumyan və Areq Avakyan təmsil edir.
Onlarla danışıqları Qarabağ bölgəsinin erməni sakinləri ilə əlaqələr üzrə məsul şəxs, parlamentin deputatı Ramin Məmmədov aparır.
Bu fakt olduqca ilgincdir. Belə ki, Azərbaycan qondarma qurumun “icra strukturunda” təmsil olunan heç kimlə danışmaq niyyətində deyil – yəni Şahramanyan və onun dəstəsi ilə.
Danışıqlar yalnız əli azərbaycanlıların qanına batmayan və hərbi xuntada “vəzifə tutmayan” şəxslərlə aparılır.
- Bu xəbərlərə də göz at
- Daha bir azyaşlı qızılcadan dünyasını dəyişdi
- BDU-nun professoru dünyasını dəyişdi
- ABŞ-ın yeni səfiri Azərbaycan dilində açıqlama verdi - Video
- HƏMAS bundan imtina etdi, fasiləni pozdu - Qallant
- İran dəniz minalarına qarşı yeni dronunu təqdim etdi
- ABŞ istehsalçıları Çinə sanksiyalardan narazıdır - Nazir