Əgər Qərb dövlətləri doğrudan da onun təcrid vəziyyətində olduğunu başa düşməsini istəyirlərsə, Vladimir Putinlə danışmamalıdırlar.
Buta.ws xəbər verir ki, bunu Estoniyanın Baş naziri Kaya Kallas deyib.
“Əgər hamı ona davamlı zəng edirsə, o da elə başa düşür ki, təcrid olunmayıb. Ona görə də ona “təcrid olunmusan” fikrini çatdırmaq istəyiriksə, zəng vurmamalıyıq. Putin özünü diqqət mərkəzində hiss edir, çünki hamı ona zəng vurmağa çalışır. Əvəzində nə əldə edirik? Mən heç bir nəticə görmürəm, çünki bütün bu danışıqlardan sonra Buça, İrpen baş verdi”, - baş nazir bildirib.
Onun sözlərinə görə, Rusiya ilə diplomatik kanalları açıq saxlamağın da mənası yoxdur.