Rusiya elitası Putinə “sürprizlər” edəcək

12:34 - 16 May 2022 - GÜNDƏM

 Rusiya elitası Putinə “sürprizlər” edəcək

Putinin ətrafı Rusiyanın Ukraynadakı hərbi məğlubiyyətindən sonra onu aradan götürə bilər.

Buta.ws xəbər verir ki, bunu rusiyalı müxalifətçi Gennadi Qudkov deyib.

“Rusiya hərbi məğlubiyyətlə üzləşsə, Putin artıq maço deyil, axsaq ördək olacaq. Bu zaman elitalar onu necə uzaqlaşdıracaqlarını, aradan götürəcəklərini düşünəcəklər. Onda da putinizmin sonu olacaq”, - bildirib.

Siyasətçi güman edir ki, Putinin ətrafı ona “sürprizlər” hazırlayacaq:

“Düşünürəm ki, ətrafdakılar onun məğlub olduğunu başa düşsələr, o zaman Putin üçün böyük sürprizlər ola bilər. Onun xəstəliyinə görə ölümcül vəziyyətində olduğuna əmin deyiləm. İnsanlar bu yaşda müxtəlif yollarla xəstələnirlər. Amma bu, onların bir neçə il yaşamasına mane olmur”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol