Bakının 5 təklifinə İrəvanın cavabındakı 2 nüans

11:44 - 16 May 2022 - GÜNDƏM

 Bakının 5 təklifinə İrəvanın cavabındakı 2 nüans

Azərbaycanın 5 bəndlik təklifinə Ermənistan tərəfinin cavabında iki mühüm nüans var.

Bunu Buta.ws-a açıqlamasında gürcü politoloq Gela Vasadze deyib.

Ekspertin sözlərinə görə, Ermənistan Azərbaycanın təkliflərinə cavab verdiyini düşünür:

“Ermənistan tərəfinin cavabında ilk baxışda hər şey normal görünür - sabah otur, müqavilə imzala. Amma bir nüans, hətta iki nüans var.

Birincisi, “status” sözünün xatırladılmasıdır. Əgər ayrılmadan söhbət gedirsə, onda ərazi bütövlüyü ilə nə etmək lazımdır? Ümumiyyətlə, hansı statusdan söhbət gedir?

İkincisi də Minsk Qrupunun xatırladılmasıdır. Məhz Minsk Qrupunun həmsədrləri çətin ki, yaxın gələcəkdə danışıqlar masasına əyləşsinlər. İndi ABŞ və hətta Fransanın Rusiya ilə danışıqlar masasına oturacağını təsəvvür etmək mümkün deyil. Bu danışıqlar Brüsselin kurasiyası altında keçirilərsə, uğurlu alınacaq, Moskvanın kurasiyası altında keçirilərsə, əminliklə deyə bilərik ki, uzun çəkəcək”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol