Kim Çen ordunu koronaya görə səfərbər etdi

11:38 - 16 May 2022 - GÜNDƏM

 Kim Çen ordunu koronaya görə səfərbər etdi

Şimali Koreya lideri Kim Çen İn mayın 16-da COVİD-19-la mübarizə aparmaq və apteklərin lazımi dərmanlarla fasiləsiz təmin olunması məqsədilə ordunun səfərbər edilməsi haqqında sərəncam imzalayıb.

Buta.ws xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

Hazırda Pxenyanın bəzi əraziləri blokadaya alınıb və fövqəladə vəziyyətlə bağlı virusa nəzarət sisteminin tətbiq edildiyi elan olunub.

Qeyd edək ki, Şimali Koreyada qızdırma əlamətləri olan 392 mindən çox insan müəyyən olunub. Koronavirus qurbanlarının ümumi sayı isə 50 nəfərə çatıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol