Avropa ölkələri Rusiya qazını ABŞ, Şimali Afrika və Aralıq dənizindən tədarüklə əvəz etmək cəhdlərində ciddi çətinliklərlə üzləşir.
Buta.ws xəbər verir ki, bu barədə "Nyu York Tayms" yazıb.
“İqlim məsələsi, investor, qeyri-sabit siyasi proseslər, eləcə də potensial yanacaq tədarükçüləri arasında ərazi mübahisələri AB-nin Rusiyadan mavi yanacaq almaqdan imtinasını çətinləşdirir”, - məqalədə qeyd edilib.
Bildirilib ki, Avropa qaz istehlakının Rusiyadan 40% asılı olması faktını dəyişdirmək asan deyil.