Fransanın Kann şəhərində meydanlardan birinə məşhur Ukrayna şairi Taras Şevçenkonun adı verilib.
Buta.ws xəbər verir ki, bu barədə Ukraynanın Fransadakı səfiri Vadim Omelçenko məlumat yayıb.
Sözügedən meydanda Ukrayna Evi də açılıb.
Meydanın adının dəyişdirilməsi mərasimində Kann meri, Ukrayna səfiri və digər rəsmilər iştirak edib.