Piyadanı öldürüb, hadisə yerindən qaçdı

01:26 - 16 May 2022 - HADİSƏ

 Piyadanı öldürüb, hadisə yerindən qaçdı

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Buta.ws xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Hərəkətdə olan avtomobil yolu keçmək istəyən 1963-cü il təvəllüdlü Vəliyev İlyası vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

İlkin məlumata görə, piyadanı “Ford” markalı yük maşını vurub.

Qəzadan sonra sürücü hadisə yerini tərk edib.

Faktla bağlı araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol