Ukrayna Rusiyanın Donbasda yeni hücum cəhdlərinə hazırlaşır.
Buta.ws xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski videomüraciətində deyib.
“Rusiyanın cənubda hansısa yollarla hərəkatı gücləndirmək cəhdlərinə hazırlaşırıq. İşğalçılar hələ də çıxılmaz vəziyyətdə olduqlarını, “xüsusi əməliyyat”ın iflas etdiyini etiraf etmək istəmirlər. Amma mütləq vaxt gələcək ki, Ukrayna xalqı işğalçılara reallığı tam anlayana qədər təzyiq göstərəcək", - deyə dövlət başçısı bildirib.