ABŞ dövlət katibi Entoni Blinken, Pentaqonun rəhbəri Lloyd Ostin və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns Birləşmiş Ştatların vitse-prezidenti Kamala Harris BƏƏ prezidenti Şeyx Xəlifə bin Zayed ən-Nəhyanın vəfatını anmaq üçün BƏƏ-yə gedəcək nümayəndə heyətinin tərkibində olacaqlar.
Buta.ws xəbər verir ki, bu barədə Ağ Evin məlumatında deyilir.
"ABŞ Prezidenti Co Bayden mayın 16-da prezident Xəlifə bin Zayedin vəfatı ilə əlaqədar təntənəli tədbirlər üçün BƏƏ-yə gedəcək nümayəndə heyətinin tərkibini açıqlayıb. Nümayəndə heyətinə vitse-prezident Kamala Harris başçılıq edəcək", - deyə bildirilib.