ABŞ Dövlət katibi Entoni Blinken fransalı həmkarı Jan İv Le Drianla görüşüb.
Buta.ws xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.
Görüş zamanı əsasən dünyada ərzaq təhlükəsizliyi, ikitərəfli əlaqələr, həmçinin Birgə Hərtərəfli Fəaliyyət Planının (BFHP) bərpası ilə bağlı müzakirələr aparılıb.
Qeyd edək ki, E.Blinken Fransada səfərdədir.