Çexiyada 200 min ukraynalı qaçqın qalıb. Qalan 142 min ukraynalı isə respublikanı tərk edib.
Buta.ws xəbər verir ki, bu barədə Çexiya daxili işlər naziri Vit Rakuşan deyib.
“Ümumilikdə Ukraynadan olan 342 min qaçqın Çexiyada bir illik qalmaq üçün viza alıb. Hazırda bölgələrdən verilən məlumata görə, ölkəmiz ərazisində 200 minə yaxın qaçqın var. Qalan 142 min nəfər isə respublikanı tərk edib. Amma biz Slovakiya və ya Polşadan fərqli olaraq Ukrayna ilə birbaşa həmsərhəd deyilik, ona görə də bu insanların hamısının vətənlərinə qayıtdığını deyə bilmərik”, - deyə nazir bildirib.