Rusiyanın hərbi cinayətləri araşdırılacaq

23:34 - 15 May 2022 - GÜNDƏM

 Rusiyanın hərbi cinayətləri araşdırılacaq

Beynəlxalq Cinayət Məhkəməsinin 42 müstəntiqi rus hərbçilərinin törətdiyi hərbi cinayətləri araşdırmaq üçün Ukraynaya gələcək.

Buta.ws xəbər verir ki, bu barədə BCM-nin baş prokuroru Kərim Xan deyib.

O bildirib ki, bu, onun ofisinin indiyə qədər həyata keçirdiyi ən böyük müstəntiq qrupunun araşdırması olacaq. Müstəntiqlər qrupuna Niderlanddan olan 30 mütəxəssis, o cümlədən məhkəmə-tibb ekspertləri və analitiklər daxildir.

Xan qeyd edib ki, “Eurojust” təşkilatının dəstəyi ilə yaradılmış Polşa, Litva və Ukraynanın birgə istintaq qrupu ilə əməkdaşlıq müqaviləsi çərçivəsində Haaqa məhkəməsi ümumi sənədlərlə tanış ola biləcək.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol