Kadırovdan Ərdoğana: Onların sizi aldatmasına icazə verməyin!

23:00 - 15 May 2022 - GÜNDƏM

 Kadırovdan Ərdoğana: Onların sizi aldatmasına icazə verməyin!

Çeçenistan rəhbəri Ramzan Kadırov Mariupoldakı “Azovstal” zavodundan təxliyə ilə bağlı Türkiyə rəhbərliyinə müraciət ünvanlayıb.

Buta.ws xəbər verir ki, Kadırov bu barədə Teleqram kanalında yazıb.

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan administrasiyası “Azovstal”da qalmış “Azov” alayının nasistlərini təxliyə etməyə hazır olduğunu açıqlayıb. Hörmətlə müsəlman dövlətinin rəhbərinə xatırlatmaq istərdim ki, “Azov” alayı faşist-millətçi cinayətkar silahlı qruplaşmadır. Onların sizi aldatmasına icazə verməyin”, - deyə Kadırov bildirib.

Qeyd edək ki, Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bir müddət öncə qeyd edib ki, ölkəsi "Azovstal" zavodunun ərazisindən mülki əhalini və “Azov” döyüşçülərini təxliyə etmək üçün gəmi göndərməyə hazırdır. Xüsusilə, Ankaranın planı insanların "Azovstal"dan Berdyansk limanına quru yolu ilə köçürülməsini və daha sonra Türkiyə gəmisi ilə İstanbula daşınmasını nəzərdə tutur. Kalının sözlərinə görə, o, Kiyevdə görüş zamanı Ukrayna prezidenti Vladimir Zelenski ilə planı müzakirə edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol