Ukrayna Prezidenti Vladimir Zelenski Estoniyanın xüsusi mükafatı olan Tallin Gerbi ilə mükafatlandırılıb.
Buta.ws məlumatına görə, bu barədə Ukrayna Prezidenti Ofisinin mətbuat xidməti xəbər yayıb.
"Ukrayna Prezidenti Vladimir Zelenski xüsusi hörmət əlaməti olaraq təqdim edilən Tallin Gerbini alıb. Ukrayna dövlət başçısının təltif edilməsi haqqında qərar mayın 5-də Tallin Şəhər Şurası tərəfindən qəbul edilib", - məlumatda deyilir.