KTMT-yə onlarla ölkə daxil olacaq - Xrenin

21:12 - 15 May 2022 - GÜNDƏM

 KTMT-yə onlarla ölkə daxil olacaq - Xrenin

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) yaxın illərdə onlarla ölkə daxil olacaq.

Buta.ws xəbər verir ki, belə bir iddia ilə Belarus müdafiə naziri Viktor Xrenin çıxış edib.

O bildirib ki, KTMT-nin genişlənəcəyini düşünür:

“Biz çox tezliklə dünya düzəninin necə dəyişdiyini görəcəyik. KTMT özünün döyüş hazırlığını, sülhsevərliyini nümayiş etdirdi və bir neçə ildən sonra sülh və sabitliyi seçən onlarla ölkə quruma üzv olacaq”.

O, KTMT ölkələrini rəngli inqilabların, terrorizmin, narkotrafikin, insan alverinin təhdid etdiyini də qeyd edib.

Xrenin, həmçinin, ilin sonuna qədər KTMT-də radiasiya, kimyəvi və bioloji müdafiənin xüsusi formasının yaradılacağını bildirib.

Qeyd edək ki, hazırda KTMT-də Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan təmsil olunur.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol