Rusiya daha 2500 hərbçini döyüşə hazırlayır

21:08 - 15 May 2022 - GÜNDƏM

 Rusiya daha 2500 hərbçini döyüşə hazırlayır

Rusiya sərhəd regionlarda 2,5 min ehtiyatda olan hərbçini döyüşə hazırlayır.

Buta.ws xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatında deyilir.

"Rusiya Silahlı Qüvvələrinin komandanlığı öz qoşunlarını ehtiyatda olanlar hesabına yenidən yığmağa və itkilərini əvəzləməyə çalışır", - məlumatda deyilir.

Qeyd edilir ki, ehtiyatda olan hərbçilərin hazırlığı sərhədyanı rayonlarda həyata keçirilir:

"Voronej, Belqorod və Rostov vilayətlərindəki poliqonlarda 2500-ə qədər ehtiyatda olan hərbçi hazırlanır. Onların müharibədə iştirak etmək üçün Ukraynaya göndərilməsi planlaşdırılır. Rusiyada gizli səfərbərlik həyata keçirmək cəhdləri davam edir, aktiv kampaniya aparılır, məzunlar və hərbi kursantlar döyüşə göndərilir".


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol