ABŞ səfiriyi Bakı marafonunun idmançılarını təbrik etdi

20:38 - 15 May 2022 - GÜNDƏM

 ABŞ səfiriyi Bakı marafonunun idmançılarını təbrik etdi

ABŞ-ın Azərbaycandakı səfirliyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə 5-ci dəfə keçirilən Bakı marafonunun idmançılarını təbrik edib.

Bu barədə Buta.ws-a səfirlikdən məlumat verilib.

“ABŞ səfirliyi bu gün Bakı Marafonu yarışında iştirak edən idmançılara qoşulub. Bütün iştirakçıları təbrik edirik!”, - səfirlikdən bildirilib.

Qeyd edək ki, marafonun kişi iştirakçıları arasında qalibi rusiyalı, 1989-cu il təvəllüdlü Rinas Axmadiyev olub. O, məsafəni 1 saat 3 dəqiqə 11 saniyəyə qət edib.

Qadın iştirakçılar arasında qalib isə ukraynalı, 1990-cı il təvəllüdlü Veretska Valentyne olub. O, məsafəni 1 saat 16 dəqiqə 59 saniyəyə qət edib.

Fiziki məhdudiyyətli şəxslər arasında yarışın qalibi isə 51 yaşlı Mehman Ramazanzadədir. O qələbəni 57 dəqiqəyə qazanıb.

“Bakı Marafonu 2022”də 15 minədək iştirakçı qeydiyyatdan keçib.

2016-cı ildən təşkil edilən tədbir idmanın inkişafına dəstək, sağlam həyat tərzinin təbliği məqsədi daşıyır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol