Ermənistan müxalifəti paytaxt İrəvanda növbəti yürüşünə başlayıb.
Buta.ws xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Yürüşdə bir neçə min insan iştirak edir. Yüzlərlə polis əməkdaşı, onlarla patrul maşını iştirakçıları müşayiət edir.
Qeyd edək ki, aprelin sonlarından etibarən müxalifət qüvvələri baş nazir Nikol Paşinyanın istefası tələbi ilə yürüşlər keçirir.