Türkiyə Finlandiya və İsveçin müraciətinə mane olmayacaq.
Buta.ws xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.
"Türkiyə Finlandiya və İsveçin NATO-ya üzvlüyünü əngəlləmək niyyətində olmadığını açıq şəkildə bildirdi", - o bildirib.
Stoltenberq qeyd edib ki, İsveç və Finlandiya alyansa qoşulmazdan əvvəl bu ölkələrin təhlükəsizliyini təmin etmək üçün Baltikyanı ölkələrdə hərbi mövcudluq artırılacaq.