Rusiya qadınları orduya cəlb etməyi planlaşdırır

18:50 - 15 May 2022 - GÜNDƏM

 Rusiya qadınları orduya cəlb etməyi planlaşdırır

Rusiya hədsiz əsgər itkisini kompensasiya etmək üçün orduya qadınları cəlb etmək istəyir.

Buta.ws xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının insan hüquqları üzrə komissarı Lyudmila Denisova deyib.

O bildirib ki, müvəqqəti işğal olunmuş Donetsk və Luqansk vilayətləri ərazisində səfərbərlik çərçivəsində ruslar yerli müəssisələrin rəhbərliyinə 18 yaşdan 45 yaşa qədər olan qadınlara aid bütün məlumatların yoxlanılması barədə tapşırıq veriblər.

"Ruslar mühasib, aşpaz, tibb bacısı, laborant, sürücü, təmizlik işçisi işini görəcək qadınları da orduya cəlb etmək istəyirlər. Krımda da gizli səfərbərlik gedir, orada bir çox insan çağırış zamanı Ukrayna ordusuna qarşı döyüşməkdən imtina edir və Ukrayna Silahlı Qüvvələrinə təslim olurlar".


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol