NATO Finlandiya və İsveçin alyansa qoşulması ilə bağlı konsensus əldə edəcək.
Buta.ws xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.
“Danışıpqlar davam edir, Türkiyə, Finlandiya və İsveç arasında fikir ayrılıqları var. Amma üzvlük prosesilə bağlı mən əminəm ki, razılığa gələcəyik”, - Blinken bildirib.
Onun sözlərinə görə, məsələ ilə bağlı Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə müzakirə aparıb.