Roma Papası Fransisk Ukrayna hərbçilərini təxliyə etmək üçün Mariupol və ya Zaporojyeyə gedə bilər.
Buta.ws xəbər verir ki, bu barədə Mariupoldakı döyüşçülərin həyat yoldaşları brifinqdə deyib.
“Biz soruşduq ki, hərbçilərimizi təxliyə etmək üçün Mariupol və ya Zaporojyeyə gəlməyi düşünürsünüzmü? O, cavab verdi ki, problem yoxdur, bu barədə kardinalla danışıb”, - qadınlar bildirib.
Qeyd edək ki, mayın 11-də Roma Papası Fransisk Mariupoldakı “Azovstal” zavodunda döyüşən “Azov” alayının döyüşçülərinin həyat yoldaşları ilə görüşüb.