Finlandiyanın NATO-ya daxil olması Rusiyanın Ukraynaya müdaxiləsinə məcburi cavab idi.
Buta.ws xəbər verir ki, bunu Finlandiya Baş naziri Sanna Marin deyib.
Onun sözlərinə görə, Rusiyanın təcavüzü ölkəni NATO-ya qoşulmağa məcbur etdi.
“Hər şey Rusiyanın Ukraynaya təcavüzündəın sonra dəyişdi. Şəxsən mən Rusiya ilə dinc yanaşı yaşamanın mümkünlüyünə artıq inana bilmirəm. Ona görə də biz NATO-ya üzv olmaq qərarına gəldik”, - Marin bildirib.
Baş nazir Finlandiyanın əvvəllər Rusiya ilə müharibə apardığını, artıq fin hökumətinin də özləri və uşaqları üçün belə bir gələcək istəmədiyini vurğulayıb.