Şolts ona kolbasa deyən səfirlə bağlı açıqlamadan imtina etdi

16:28 - 15 May 2022 - GÜNDƏM

 Şolts ona kolbasa deyən səfirlə bağlı açıqlamadan imtina etdi

Almaniya kansleri Olaf Şolz Ukrayna səfiri Andrey Melnikin ona ünvanladığı bəyanatla bağlı açıqlama verməkdən imtina edib.

Buta.ws xəbər verir ki, Şolts “t-online” portalına müsahibəsi zamanı bu sözləri jurnalistin öz mühakiməsinə buraxacağını bildirib və mövzunu dəyişib.

“Hər sözə bu qədər əhəmiyyət verməyə ehtiyac yoxdur. Əsas məsələyə diqqət yetirmək vacibdir. Biz Ukraynaya özünü müdafiə etməkdə kömək etmək istəyirik. Biz müttəfiqlərimizlə birlikdə Rusiyanın müharibəni dayandırmasını və qoşunlarını Ukrayna ərazisindən çıxarmasını istəyirik. Ona görə də biz geniş sanksiyalar tətbiq etdik”, - Şolt bildirib.

Qeyd edək ki, Ukraynanın Berlindəki səfiri Andrey Melnik kansler Olaf Şoltsun ünvanına “incimiş kolbasa” ifadəsi işlətmişdi. Sonradan Melnik bu ifadəsinə görə, heç vaxt Şoltsdan üzr istəməyəcəyini bildirmişdi.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol