USD - 1.7

EUR - 1.985

TRY - 0.2177

Savaşda Ordumuzun önünü İran ordusu kəsib: səbəbi isə... – Şok

10:38 - 10 Oktyabr 2021 - DÜNYA

Müharibədə Azərbaycan ordusunun önünü İran əsgərləri kəsib, ermənilərə bir neçə saat vaxt qazandırıb.

Buta.ws xəbər verir ki, bu sensasion iddianı politoloq Turab Rzayev səsləndirib.

“Cəbrayıl şəhəri düşməndən azad edildikdən sonra Azərbaycan Ordusu Zəngilana doğru istiqamət alıb.

Zəngilana gedən ən qısa və rahat yol Araz çayı boyunca uzanan torpaq yol idi. Ancaq Azərbaycan Ordusu burda gözlənilməz “sürprizlə” qarşılaşır. Belə ki, Xudafərin su anbarını keçəndən sonra Azərbaycan Ordusunun ön qüvvələri Azərbaycan ərazisində İran əsgərləri ilə qarşılaşırlar. İran əsgərləri əvvəlcədən hazırladıqları beton maneələr vasitəsilə, bir neçə pikap və odlu silahla silahlanmış halda Azərbaycan Ordusunun qarşısını kəsir. Onlarla danışıqlar heç bir fayda vermir. Azərbaycan Ordusu burada bir neçə saat vaxt itirir. İran əsgərləri orda olmalarını Xudafərin su anbarını qorumaları ilə əlaqələndirirlər.

Azərbaycan o vaxt İran əsgərləri ilə döyüşə girməmək və ikinci cəbhə açmamaq üçün məcbur geri qayıdaraq Soltanlı kəndindən keçərək 20 km-lik E-002 yolu ilə getməli olurlar.

Elə həmin gecə, oktyabrın 17-dən 18-nə keçən gecə diplomatik kanallarla Tehrana Azərbaycan ərazisinə keçməsi barədə ciddi xəbərdarlıq edilir və bildirilir ki, əsgərlərini çəkməsə bunu cəmiyyətə açıqlayacaq. Bu da əlbəttə Güney Azərbaycandakı Azərbaycan türklərinin ciddi etiraz dalğasına səbəb olacaq”, - deyə politoloq qeyd edib.

Xatırladaq ki, belə bir fakt indiyə qədər rəsmi və ya qeyri-rəsmi olaraq heç vaxt səslənməyib.


Kanalımızı izlə, ilk xəbərdar sən ol
Loading...

Digər xəbərlər