Ukraynalı qadınlar İstanbula yollandılar: Ərdoğana təşəkkür

15:56 - 15 May 2022 - GÜNDƏM

 Ukraynalı qadınlar İstanbula yollandılar: Ərdoğana təşəkkür

Mariupoldakı “Azovstal” zavodunun müdafiəçilərinin həyat yoldaşları və anaları humanitar səylərinə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür etmək üçün İstanbula uçublar.

Buta.ws xəbər verir ki, bunu Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko deyib.

“Onlar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Mariupolun müdafiəsi qəhrəmanlarının həyatını xilas etmək üçün göstərdiyi humanitar səylərə görə təşəkkür etmək üçün səfər edirlər. Həmçinin ondan qəhrəmanların həyatını xilas etmək üçün Çin lideri Si Szinpinlə qüvvələri birləşdirməyi xahiş edəcəklər”, - Geraşenko bildirib.

Məlumata görə, Kişinyov və Varşava aeroportlarından Türkiyəyə 36-cı dəniz piyadaları briqadasdının döyüşçüsünün həyat yoldaşı Olqa Boyko, “Azov” alayının döyüşçüsünün həyat yoldaşı Natalya Zaritskaya, sərhədçinin həyat yoldaşı Olqa Kerod, “Azov” döyüşçüsünün anası Natalya Kravtsova yola düşüblər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol